16 yaşlı Qvineyalı “Barselona”nın tarixinə düşüb

İspaniyanın “Barselona” futbol klubunun gənc futbolçusu Anssumane Fati komandanın tarixinə düşüb. Qvineyalı 16 yaşlı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının qrup mərhələsində “Borussiya Dortmund” ilə keçirilən oyunun start heyətində meydana çıxıb. Bununla da o, Kataloniya klubunun bu turnirdə meydana çıxan ən gənc futbolçusu olub.

Bundan əvvəlki rekord Boyan Krkiçə məxsus idi. O, 17 yaşında “Barselona”nın heyətində UEFA Çempionlar Liqasında debüt etmişdi. A.Fati cari mövsümdə İspaniya çempionatında keçirdiyi üç oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə