Qadın güləşçilərimizin rəqibləri bəlli olub

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

SİA-nın məlumatına görə, beşinci yarış günündə qadın güləşi üzrə 57, 59, 65 və 76 kq-da mübarizəyə start veriləcək.

Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və Azərbaycan güləşçilərinin də rəqibləri müəyyənləşib.

57 kq
Təsnifat - Alyona Kolesnik - İrina Çixradze (UKR)

59 kq
Təsnifat - Tatyana Omelçenko - Ana Paulina Mokeyava (NZL)

65 kq
1/8 final - Elis Manolova - Kaur Navyot (İND)

76 kq
Səbirə Əliyeva - Eunyu Hvanq (KOR)

Bütün xəbərlər Facebook səhifəmizdə