Yığmamız “Caspian Cup 2019” beynəlxalq turnirdə iştirak edəcək

Yığmamız “Caspian Cup 2019” beynəlxalq turnirdə iştirak edəcək

Futzal üzrə Azərbaycan milli komandası Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq “Caspian Cup 2019” beynəlxalq turnirdə iştirak edəcək.

SİA-nın məlumatına görə, sentyabrın 21-dən 26-dək keçiriləcək turnirdə millimiz Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.

Yığmamız sentyabrın 22-də Rusiya, ertəsi gün İran, ayın 25-də isə Qazaxıstan ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə