Juninyo: "Altılığa vəsiqə qazanmaq öz əlimizdədir, bu şansı qaçırmarıq"-MÜSAHİBƏ

Juninyo: "Altılığa vəsiqə qazanmaq öz əlimizdədir, bu şansı qaçırmarıq"-MÜSAHİBƏ

"Bakı" klubunun braziliyalı yarımmüdafiəçisi Junior Osvaldo Martins (Juninyo) Azərbaycan Premyer Liqasında komandanın şansları barədə  danışıb. Siasport.az saytı futbolçunun müsahibəsini nəzərinizə çatdırır:

- Ötən həftə "Turan"a qarşı oyunda zədələndin . Səni yenidən nə vaxt meydanda görəcəyik?

- Son zaman zədələr məni rahat buraxmır. Növbəti tur "AZAL"a qarşı oynamaq istəsəm də, təəssüf ki, bunu edə bilməyəcəm. Çox üzgünəm. İki həftəyə məşqlərə başlayacam. İnanıram ki, komanda ilk altılığa vəsiqə qazanacaq və mən çıxışımı bu mərhələdə davam etdirəcəm.

- "Turan"la oyun haqda təəssüratların necədir?

- Bu oyunda qələbə çox lazım idi. Bilirsiniz ki, bu oyunda qalib gəlməsəydik, altılıq şanslarımızı itirə bilərdik. "Turan"la oyun çox çətin keçdi. Meydançanın pis vəziyyətdə olması oyunumuza mənfi təsir etsə də, istəyimizə çatdıq. Bu oyunda özümü yaxşı tərəfdən göstərib, ilk 11-likdə öz yerimi almaq istərdim. Amma, təssüf ki, zədə buna mane oldu.

- "Bakı"nı bu həftə "AZAL"a qarşı oyun gözləyir. Bu oyun barədə nə düşünürsən? 

- "Bakı"nın altılıqda oynamaq şansı böyükdür. Bunun üçün AZAL-la oyunda meydanda döyüşərək qələbə qazanmalıyıq. Altılığa vəsiqə qazanmaq öz əlimizdədir, bu şansı qaçırmarıq.

Bütün xəbərlər Facebook səhifəmizdə