"Mançester Siti" ciddi itki ilə üzləşib. Britaniya mətbuatının yazdığına görə, Emerik Laporte mövsümün sonuna qədər meydana çıxa bilməyəcək. Bir neçə gün əvvəl dizindən əməliyyat olunan fransalı müdafiəçinin sağalma müddəti uzun çəkəcək. Qeyd edək ki, 25 yaşlı futbolçu 2018-ci ildən "Şəhərlilər"də çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB