PSJ-nin futbolçusu Neymar Fransa Liqasının 5-ci turunda sabah "Strasburq"la matçda oynayacaq. Bu barədə Paris klubunun baş məşqçisi Tomas Tuhel məlumat verib: "Transfer dönəmi geridə qaldı. Kimlərlə yolumuza davam edəcəyimiz dəqiqləşdi. Neymar komandanın bir üzvüdür. O, artıq PSJ-yə köklənə bilər".
Qeyd edək ki, Neymar ölkə çempionatında bundan əvvəlki 4 turda oynamayıb. Onun bu yay "Barselona"ya qayıdacağı iddia olunurdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB