"Ronaldo 109-dan çox qol vuracaq" - Əli Daei

"Ronaldo 109-dan çox qol vuracaq" - Əli Daei

Milli komandada ən çox qol vuran futbolçu ünvanına sahib olan İran yığmasının keçmiş hücumçusu Əli Daei Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo haqda danışıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o bildirib ki, 34 yaşlı hücumçu onun rekordunu yeniləyəcək: "Məncə, Ronaldo 109-dan çox qol vuracaq. O, əla futbolçudur. Bütün rekordlar yenilənmək üçün mövcüddur".

Bütün xəbərlər Facebook səhifəmizdə