Fransanın “Paris Sen-Jermen” futbol klubunun hücumçusu Kilian Mbappe “Real Madrid”lə oyunda meydana çıxa bilməyəcək. SİA-nın məlumatına görə, 20 yaşlı fransalı hücumçunun məşqlərə başlamasına baxmayaraq, bir neçə oyunda meydana çıxmayacaq.
O, sentyabr 14-də Fransa Liqa 1-də “Strasburq”la görüşdə, dörd gün sonra Çempionlar Liqası çərçivəsində “Real Madrid” klubu ilə qarşılaşmada oynamayacaq.
Qeyd edək ki, Mbappe Fransa çempionatının üçüncü turunda “Tuluza” ilə matçda zədələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB