Çempionlar Liqasının 9 qat qalibi səhnədə

Çempionlar Liqasının 9 qat qalibi səhnədə

Fevralın 22-də və 23-də keçiriləcək daha 4 oyunla Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə yekun vurulacaq. SİA-nın məlumatına görə, ilk oyun günündə turnirin 9 qat qalibi "Real Madrid" Fransada "Lion"un qonağı olacaq.

Son İngiltərə çempionu "Çelsi" isə öz meydançasında iddialı komandalara uduzmayan Danimarka "Kopenhagen"i ilə görüşə gedəcək.

İkinci oyun günündə Çempionlar Liqasının son finalçıları - İtaliya "İnter"i ilə Almaniya "Bavariya"sının görüşü reallaşacaq. Bundan başqa İngiltərə "Mançester Yunayted"i Fransada "Marsel"lə üz-üzə gələcək.

22 fevral

23:45. "Lion" (Fransa) - "Real Madrid" (İspaniya)
Baş hakim: Volfqanq Ştark (Almaniya)

23:45. "Kopenhagen" (Danimarka) - "Çelsi" (İngiltərə)
Baş hakim: Byorn Kaypers (Hollandiya)

23 fevral

23:45. "Marsel" (Fransa) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Feliks Brıx (Almaniya)

23:45. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)

Daha 4 oyun ötən həftə olub:

15 fevral

"Milan" (İtaliya) - "Tottenhem" (İngiltərə) - 0:1
Qol: Piter Krauç, 80

"Valensiya" (İspaniya) - "Şalke 04" (Almaniya) - 1:1
Qollar: Roberto Soldado, 17 - Raul, 64

16 fevral

"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya) - 2:1
Qollar: Robin van Persi, 78. Andrey Arşavin, 83 - David Vilya, 26

"Roma" (İtaliya) - "Şaxtyor" (Ukrayna) - 2:3
Qollar: Simone Perrotta, 28. Jeremi Menez, 61 - Jadson, 29. Duqlas Kosta, 36. Luis Adriano, 42


Qeyd edək ki, cavab görüşləri 8-9 martda və 15-16 martda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə