Türkiyə Superliqasında 22-ci tura bu gün keçirilmiş "Manisaspor" - "Trabzonspor" matçı ilə yekun vurulub. SİA-nın məlumatına görə, oyun qonaqların qələbəsi ilə yekunlaşıb.
Bununla da "Trabzonspor" liderliyə qayıdıb. "Fənərbaxça"nın hökmranlığı isə cəmi bir gün çəkib.
Turun mərkəzi görüşü isə fevralın 20-də "Beşiktaş"la "Fənərbaxça" komandaları arasında keçirilib. 2011-ci ilin ilk derbisində əzəli rəqiblər 328-ci dəfə üz-üzə gəliblər.
Bu mövsüm hər iki komanda derbidə uduzmamışdı. Baş məşqçi Bernd Şusterin rəhbərliyi altında "Beşiktaş" ilk dövrədə "Fənərbaxça" ilə 1:1 hesablı heç-heçə etmiş, "Qalatasaray"ı isə yenmişdi - 2:1. Aykut Kocamanlı "Fənərbaxça" isə "Qalatasaray"la qolsuz bərabərliyə qalmışdı.
"Beşiktaş" bu mövsüm keçirdiyi oyunlarda hesabda irəli çıxdığı 8 qarşılaşmanın hamısını qələbə ilə başa vurmuşdu. Əvəzində məğlub duruma düşdüyü 13 oyunun yalnız 1-də 3 xala nail olmuşdu. "Fənərbaxça" isə 21 matçın 15-də ilk qolu vuran tərəf olmuşdu. Bunların 12-də qalib gələn "sarı-lacivərdlilər" "Gaziantepspor"a 1:2 hesabı ilə yenilmiş, "Beşiktaş" və "Bursaspor"la heç-heçə etmişdilər - 1:1.
Hesabı matçın əvvəllərində "Fənərbaxça" açıb. Qolu isə "Beşiktaş"ın futbolçusu öz qapısına vurub. Meydan sahibləri fasilə ərəfəsində bərabərlik qoluna imza atıblar. Hətta fasilədən sonra "qartallar" hesabda irəli də çıxıblar. Lakin 63-cü dəqiqədə Matteo Ferrarinin kobud oyuna görə meydançadan qovulmasından sonra matçın ssenarisi dəyişib. Hakimin təyin etdiyi penaltini Aleks de Souza dəqiq yerinə yetirib. Bundan sonra Aleks daha 2 qol vurub və "Fənərbaxça" qalib gəlib - 4:2. Bu qələbə həm də Aykut Kocamanın komandasını ən azı bir günlük liderə çevirib. "Trabzonspor" ilk pillədəki mövqeyini qaytarmaq üçün sabah səfərdə "Manisaspor"u yenməlidir.
Türkiyə çempionatı, 22-ci tur
18 fevral
"Eskişehirspor" - "Sivasspor" - 2:1
Qollar: Serdar Özbayraktar, 16. Vitor Pele, 90 - Dieqo Angelo-avt.
19 fevral
"Kasımpaşa" - "Ankaragücü" - 2:1
Qollar: Fernando Varela, 66; Halil Çolak, 73 - Fatih Tekke, 82
"Bursaspor" - "Qaziantepspor" - 1:4
Qollar: Dani Nunkeu, 34 - Vaqner Ferreyra, 23. Yalçın Ayhan, 32. Cenk Tosun, 62; 75
"Gənclərbirliyi" - "Karabükspor" - 2:3
Qollar: Yoahim Mununqa, 17. Yasin Öztekin, 90 - İlhan Parlak, 22; 90. Muhammet Özdin, 50
"Qalatasaray" - "Bucaspor" - 1:0
Qol: Xuan Emmanuel Kulio, 77
20 fevral
"Kayserispor" - "Antalyaspor" - 1:0
Qol: Emir Kujoviç, 90; 90+3
"Konyaspor" - "İstanbul BB" - 0:0
Qırmızı vərəqə: Martsin Robak, 90
21:00. "Beşiktaş" - "Fənərbaxça" - 2:4
Qollar: Necip Uysal, 5-avt. (0:1); Ekrem Dağ, 44 (1:1); İbrahim Toraman, 50 (2:1); Aleks de Souza, 65 (2:2), Aleks de Souza, 71 (2:3), Aleks de Souza, 74 (2:4)
Qırmızı vərəqə: Matteo Ferrari, 63 ("Beşiktaş")
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB