Şarl Leklerin finişə birinci gəlməsi Formula 1 üzrə “Ferrari” komandasının Montsa şəhərinin “Autodromo Nasionale” trasında keçirilən İtaliya Qran-Prisində uğursuz çıxışlar silsiləsini dayandırıb. “Skuderiya” nümayəndəsi bundan əvvəl Formula 1 üzrə İtaliya Qran-Prisində sonuncu dəfə 2010-cu ildə qalib gəlib. Onda “Ferrari”nin ispan pilotu Fernando Alonso birinci olub.
SİA-nın məlumatına görə, Lekler azarkeşlərin səsverməsinə görə, həmçinin İtaliya Qran-Prisində günün pilotu hesab edilib. Şarlla birlikdə fəxri kürsüyə “Mercedes”in iki nümayəndəsi – Valtteri Bottas və Luis Hemilton qalxıblar. “Ferrari”nin ikinci pilotu Sebastyan Fettel trasdan çıxdığına və trasa qayıdarkən təhlükəsizlik qaydalarını pozduğu üçün cərimələndiyinə görə xal toplaya bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB