Nazirliyin rəsmiləri güləşçilərlə görüş keçiriblər

Nazirliyin rəsmiləri güləşçilərlə görüş keçiriblər

Gənclər və İdman Nazirliyinin rəsmiləri Olimpiya Güləş Mərkəzində olub.

SİA-nın məlumatına görə, nazir müavini İsmayıl İsmayılov, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov və aparıcı mütəxəssis Yaşar Rzayev federasiyanın vitse-prezidenti Elçin Cəfərovla birgə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatında ölkəni təmsil edəcək güləşçilərlə görüşüb.

Onlar həm yunan-Roma, həm də sərbəst güləş üzrə millilərinin üzvlərinə lisenziya xarakterli mundialda uğurlar arzulayıb və onların qalib gələcəklərinə inandıqlarını söyləyiblər.

Qeyd edək ki, yarışın ilk günlərində mübarizə aparacaq yunan-Roma güləşçiləri sabah Qazaxıstana yollanacaq. Sərbəst güləşçilər isə sentyabrın 16-da səfərə çıxacaq. Mundial 14 - 22 sentyabrda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə