Azərbaycan para-üzgüçüsü "Tokio 2020"yə lisenziya qazanıb

Azərbaycan para-üzgüçüsü "Tokio 2020"yə lisenziya qazanıb

Azərbaycan para-üzgüçüsü Roman Saleh 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. SİA-nın məlumatına görə, yığma üzvü Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında 100 metr məsafəyə arxası üstə 1 dəqiqə 1 saniyəyə (1:01:00) üzərək, yarışı 2-ci yerdə tamamlayıb. O, ilk 2 yerdən birini tutduğu üçün "Tokio 2020"yə birbaşa vəsiqə əldə edib.

Şamil Şahov isə finala çıxmağı bacarsa da, sonda 8-ci yerlə kifayətlənməli olub.

Xatırladaq ki, bu Azərbaycan paralimpiyaçılarının "Tokio 2020"yə qazandığı ikinci lisenziyadır. İlk vəsiqəyə daha əvvəl para-pauerliftinq üzrə yığmanın üzvü Elşən Hüseynov sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə