De Xea "Qırmızı şeytanlar"la müqaviləni yeniləyir

De Xea "Qırmızı şeytanlar"la müqaviləni yeniləyir

"Mançester Yunayted" qapıçısı David De Xea ilə yeni müqavilə imzalamağa yaxındır. Britaniya mətbuatının yazdığına görə, bununla bağlı tərəflər arasında razılığın əldə olunduğu bildirilib. Onun həftəlik maaşının 290 min funt sterlinq olacağı vurğulanıb. 28 yaşlı qapıçının yaxın vaxtlarda rəsmi müqaviləyə imza atacağı gözlənilir. Qeyd edək ki, De Xea 2011-ci ildən "MY"da oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə