“Barselona”ya bəd xəbər: Samuel Umtiti zədələnib

“Barselona”ya bəd xəbər: Samuel Umtiti zədələnib

Futbol üzrə Fransa yığmasının və “Barselona”nın futbolçusu Samuel Umtiti zədələnib. Avro-2020-nin seçmə mərhələ oyunları üçün milliyə dəvət olunan futbolçu Albaniyaya qarşı matçdan öncəki məşq zamanı zədə alıb. Buna görə də o, Fransa yığmasının albanlara 4:1 hesabıyla qalib gəldiyi qarşılaşmada forma geyinməyib. Fransa yığması sentyabrın 10-da doğma meydanda Andorra ilə üz-üzə gələcək. Umtitinin həmin qarşılaşmada da iştirakı sual altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə