Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

Sentyabrın 9-da Yekaterinburqda boks üzrə dünya çempionatına start verilib. Belə ki, çempionatın birinci günündə yarışa 1/32 final mərhələsindən başlayan idmançımız Amin Kuşkov (75 kq) Türkmənistan təmsilçisi Nursahat Pazzievi 4:1 hesabı ilə məğlub edib. Növbəti mərhələdə idmançımızın rəqibi rusiyalı Qleb Bakşi olacaq. Dünya çempionatında Azərbaycanı 8 idmançı təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə