Çempionlar Liqasında çıxış edəcək “Araz”ın oyunlarının təqvimi müəyyənləşib UEFA

Çempionlar Liqasında çıxış edəcək “Araz”ın oyunlarının təqvimi müəyyənləşib UEFA

UEFA Çempionlar Liqasında çıxış edəcək Naxçıvanın “Araz” futzal klubunun oyunlarının təqvimi müəyyənləşib.

SİA-nın məlumatına görə, Belçikada keçiriləcək qrup oyunlarında “Araz” komandası “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna) ilə qarşılaşacaq.

Azərbaycan çempionu birinci görüşünü oktyabrın 9-da “Halle Gooik” komandasına qarşı keçirəcək. Naxçıvan təmsilçisi ertəsi gün “Benfika”, oktyabrın 12-də isə “Xerson” ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə