III turun rəmzi komandası açıqlanıb Azərbaycan Premyer Liqası

III turun rəmzi komandası açıqlanıb Azərbaycan Premyer Liqası

Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turunun rəmzi komandası açıqlanıb.

SİA-nın məlumatına görə, “InStat”ın təhlilinə əsasən, ilk onbirliyə “Qarabağ”ın 6, “Neftçi”nin 3, “Keşlə”nin isə 2 futbolçusu düşüb.

Rəmzi komandada Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Azər Salahlı (“Keşlə”), Anton Krivotsyuk (“Neftçi”), Kiril Petrov (“Neftçi”), Abbas Hüseynov (“Qarabağ”), Stiven Monroz (“Neftçi”), Qara Qarayev (“Qarabağ”), İsmayıl İbrahimli (“Qarabağ”), Dani Kintana (“Qarabağ”), Mahir Emreli (“Qarabağ”) və Lorenzo Frutos (“Keşlə”) yer alıb.

Üç turdan sonra turnir cədvəlinə 9 xalla “Qarabağ” klubu başçılıq edir. Altı xalı olan “Səbail” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Zirə” (4 xal), “Neftçi” (4), “Sumqayıt” (3), “Sabah” (2) və “Qəbələ” (0) qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə