Azərbaycanın şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

Azərbaycanın şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

Sentyabrın 7-8-də Özbəkistanın paytaxtı Daşkənddə şpaqa üzrə “Satellite” turniri keçirilib. SİA-nın məlumatına görə, kişi şpaqaçıların mübarizəsində ölkəmizi Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyev və Fərrux Səfərov təmsil ediblər. Qrup mərhələsində keçirdiyi beş görüşdən üçünü qələbə ilə başa vuran Barat Quliyev onaltıdabir finalda Qırğızıstan idmançısı Bakutbek Ulu İlimə 15:10 hesabı ilə qalib gəlib. O, səkkizdəbir finalda bu ölkənin digər təmsilçisi Jumabay Ulu Danuşmana 8:15 hesabı ilə uduzub.

Qrup mərhələsində üç qələbə qazanaraq pley-offa yüksələn Fərrux Səfərov isə onaltıdabir finalda Qazaxıstan idmançısı Dmitri Aleksaninə 9:15 hesabı ilə məğlub olub. Kənan Əliyev və Ruslan Həsənov isə qrup mərhələsində beş görüşdən birində qalib gəldiklərindən pley-offa yüksələ bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə