AFFA-nın təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə müəllimlərin məşqçi kurslarına yekun vurulub. SİA-nın məlumatına görə, D kateqoriyalı məşqçi kursları ilk dəfə olaraq muxtar respublikada fəaliyyət göstərən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin (hər məktəbdən bir müəllim) futbol biliyinin artırılması məqsədi ilə təşkil olunmuşdu. 29 müəllimin iştirak etdiyi kursun yekununda iştirakçılara “D” lisenziyaları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB