Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ımızın ev oyunları üçün Kütləvi İnformasiya Vasitələri üçün akkreditasiya qeydiyyatı sentyabrın 8-dən etibarən başlamışdır. SİA-nın məlumatına görə, qrup mərhələsinda ev oyunlarında iştirak etmək üçün media mənsubları aşağıda qeyd olunan şərtləri yerinə yetirərək mövsümlük qeydiyyatdan keçə bilərlər.
1. Oyuna akkreditasiyanı sadəcə PFL-də (Peşəkar Futbol Liqası) qeydiyyatdan keçmiş media qurumları ala bilərlər.
2. Qeydiyyatdan keçmək üçün 13 sentyabr saat 18:00-a qədər PFL-dəki qeydiyyat vəsiqəsinin (yalnız 2019/20-ci illər mövsümü üçün) surətini və şəxsi fotosunu (həcmi 0.5 MB az olmayan) [email protected] adresinə göndərməsi və ad, soyad, təmsil etdiyi KİV-dəki vəzifəsinin (PRESS, TV) qeyd olunması xahiş olunur.
3. Foto akkreditasiyası eyni sistemlə həyata keçiriləcəkdir. PFL- qeydiyyatı olanlar "PRESS" qeydiyyatı ilə yanaşı "FOTO" akkreditəsi də əldə edə bilərlər. (Eyni proses həyata keçirilməlidir: iş vəsiqəsi və fotosunu göndərmək lazımdır. Müstəqil fotoqraflar isə fotoqraf olduğunu göstərən sənədin surətini göndərməsi rica olunur).
4. Hər KİV-dən maksimum 2 nəfər (1 PRESS+1 FOTO, (1 TV)) qeydiyyatdan keçə bilər.
5. Yalnız təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş sayılacaqsınız.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB