Azərbaycan karateçiləri Yaponiyanın paytaxtı Tokioda keçirilən Karate1 Premyer Liqa turnirində üç medal qazanıb. SİA-nın məlumatına görə, beşqat dünya çempionu Rafael Ağayev finalda yaponiyalı Ken Nishimura ilə qarşılaşıb.
Bərabər səviyyədə keçən görüşdə hesab açılmasa da, hakimlər qələbəni yerli idmançıya verib.
Azərbaycanın digər dünya çempionu İrina Zaretskaya (-68 kq) isə finalda fransalı Alizee Aqyeyə 3:0 qalib gələrək qızıl medal qazanıb. Ayxan Mamayev (-84 kq) isə qazaxıstanlı İqor Çixmarevə 3:2 qalib gələrək bürünc medala yiyələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB