Prosineçki Bosniya millisindən istefa verib

Prosineçki Bosniya millisindən istefa verib

Futbol üzrə Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki Bosniya və Hersoqovina millisinin sükanı arxasından istefa verib.

SİA xəbər verir ki, o, Avro-2020-nin seçmə mərhələsində bu gün səfərdə Ermənistana uduzduqları (2:4) oyundan sonra keçirilən mətbuat konfransında qərarını açıqlayıb.

Yığmamızın sabiq çalışdırıcısı İrəvandakı məğlubiyyətdə özünü günahlandırıb: “Mən milliyə Avropa çempionatına vəsiqə qazanmaq üçün gəlmişdim. Bütün şanslarımız tükənməsə də, məsuliyyəti öz üzərimə götürürəm və istefa verirəm”.

Qeyd edək ki, 2014-2017-ci illərdə yığmamızın baş məşqçisi olan Prosineçki ötən ilin yanvar ayından Bosniya və Hersoqovina millisini çalışdırırdı. Onun komandası Avro-2020-nin seçmə mərhələsində 6 oyuna 7 xalla 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə