Həmyerlimiz çimərlik güləşi üzrə Dünya Seriyasının qalibi olub

Həmyerlimiz çimərlik güləşi üzrə Dünya Seriyasının qalibi olub

Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.

SİA xəbər verir ki, yarışın birinci günündə qrup mərhələsinin görüşləri təşkil olunub. Güləşçimiz Oyan Nəzəriani (90 kq-dan yuxarı) Serbiya təmsilçiləri - Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

İkinci yarış günündə - sentyabrın 8-də həlledici mərhələnin qarşılaşmaları keçirilib. Təmsilçimiz yarımfinalda gürcü Mamuka Kordzaya (1:0), finalda isə yunan Yannis Karqiotakis (3:0) üzərində qələbə qazanaraq çempion olub.

Bütün xəbərlər Facebook səhifəmizdə