Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.
SİA xəbər verir ki, bu gün Türkiyə paytaxtında həlledici oyunlar keçirilib.
Öncə qitə birinciliyinin bürünc medalçısını müəyyən etmək üçn İtaliya və Polşa yığmaları meydana çıxıblar. Hər üç setdə qələbə qazanan İtaliya millisi qitə üçüncüsü olub.
Final görüşündə isə meydan sahibləTürkiyə yığması ilə son Avropa çempionu Serbiya qarşılaşıb. Həlledici qarşılaşmada ilk dəfə qitə çempionu olmağa çox yaxın olan qardaş ölkə təmsilçisi tay-brekdə uduzub və Avropa ikincisi olmaqla kifayətlənməli olub. Serbiya yığması isə ardıcıl ikinci, tarixində isə üçüncü dəfə Avropa çempionu adını qazanıb. Bu komanda ilk dəfə 2011-ci ildə qitənin ən güclüsü olmuşdu.
Avropa çempionatı
8 sentyabr
Üçüncü yer uğrunda oyun
İtaliya - Polşa 3:0 (25:23, 25:20, 26:24)
Final
Serbiya – Türkiyə 3:2 (21:25, 25:21, 25:21, 22:25, 15:13)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB