Azərbaycan Slovakiyanı məğlub edib

Azərbaycan Slovakiyanı məğlub edib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya yığması ilə qarşılaşıb. SİA xəbər verir ki, görüşdə Azərbaycan millisi meydana Kamran İbrahimov, Amin Seydiyev, Turan Manafov, Hüseyn Seyliğli, Nihad Tamazov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Şakir Seyidov, Doğukan Öksüz, Fərid Nəbiyev və Barış Ekincier heyəti ilə çıxıb. "Dalğa Arena"da keçirilmiş qarşılaşma komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şimali makedoniyalı hakimlər briqadasının idarə etdiyi matçda yığmamızın heyətində Barış Ekincier dubl edib. U-21 növbəti oyununu sentyabrın 10-da saat 20:30-da "Dalğa Arena"da Gürcüstanın müvafiq yaş qrupuna aid yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə