Azərbaycan millisi Rumıniya yığmasına qalib gəlib

Azərbaycan millisi Rumıniya yığmasına qalib gəlib

Sentyabrın 6-da çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa Super finalında ilk qələbəsini qazanıb. SİA-nın məlumatına görə, millimiz Portuqaliyanın Figueira şəhərində Rumıniya yığması ilə qarşılaşıb. Görüşdə çimərlik futbolçularımız 2:1 hesabı ilə qalib gəliblər.

Millimiz ilk oyunda Estoniya komandasına 3:4 hesabı ilə məğlub olub.

Seçməmiz növbəti oyununu sentyabrın 7-də Çexiya komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə