İspaniyanın “Barselona” komandasının argentinalı futbolçusu Lionel Messinin bu klubla bağladığı müqavilənin şərtlərinə görə, Messi istənilən yay transfer pəncərəsi çərçivəsində bu sazişi pozmaq hüququna malikdir. İspaniyada çıxan “El Pais” qəzetinin yazdığına görə, klubla Messinin qüvvədə olan müqaviləsi 2021-ci ilə qədər nəzərdə tutulub, ancaq argentinalı 32 yaşa çatandan sonra hər mövsümün sonunda (30 iyun) öz gələcəyi haqqında qərar qəbul edə bilər. Bu il iyunun 24-də Messinin 32 yaşı tamam olub.
Bundan əvvəl “Barselona”nın keçmiş oyunçuları Karles Puyol, Havi və Andres İnyesta da bu komanda ilə belə müqavilələr imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB