Arsen Venger Fransa millisini çalışdırmaq istəyir

Arsen Venger Fransa millisini çalışdırmaq istəyir

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger milli komandada çalışmaq istədiyini bildirib. 69 yaşlı mütəxəssis Fransa mətbuatına açıqlamasında milli komanda ilə dünya çempionatında iştirak etmək arzusundə olduğunu deyib: “2022-ci ildə keçiriləcək dünya çempionatında bir yığmada işlədiyimi xəyal edə bilirəm. Ümid edirəm ki, üç il sonra məni Qətərdə bir komandanın “sükanı arxasında” görə bilərsiz. Nələr olacağını görəcəyik. Hər zaman dünya çempionatında iştirak etmək istəmişəm. Bu, çox fərqli hiss olar”.

Xatırladaq ki, 1996-2018-ci illərdə "Arsenal"ı çalışdıran fransız mütəxəssis 1 ildir işsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə