Valletta şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Yığmamızın qollarını Rüfət Abdullazadə və Turan Vəlizadə vurublar.
Komandalar arasında növbəti oyun sentyabrın 7-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB