Türkiyə millisində ŞOK: Cengiz Ünder zədələndi!

Türkiyə millisində ŞOK: Cengiz Ünder zədələndi!

Futbol üzrə Türkiyə millisinin futbolçusu Cengiz Ünder yığmanın heyətindən kənarlaşdırılıb. Türkiyə Futbol Federiyasının saytında yer alan məlumatda deyilir ki, buna "Roma"nın yarımmüdafiəçisinin məşq zamanı zədələnməsi səbəb olub. Qeyd edək ki, Türkiyə yığması Avro-2020-nin seçmə mərhələsində sentyabrın 7-i evdə Andorra, 3 gün sonra isə səfərdə Moldova ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə