"Yuventus" "Barselona"nın futolçusu İvan Rakitiçlə danışıqları davam etdirir. "Tuttosport" bu barədə yazıb. yazıda qeyd olunur ki, Turin təmsilçisi artıq xorvatiyalı yarımmüdafiəçi ilə razılıq əldə edib. Ancaq transfer pəncərəsi bağlandığından bu keçidin qışda baş tutacağı gözlənilir.
İspaniya mətbuatı Rakitiçin "Barselona"da onun mövqeyində böyük rəqabət olduğundan Kataloniya klubunu tərk etmək istədiyini yazıb. Qeyd edək ki, 2014-cü ildən "Barsa"da çıxış edən 31 yaşlı futbolçu bu mövsüm 1 oyuna çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB