FİFA 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə 22-ci Dünya Çempionatının loqotipini təqdim edib. SİA-nın məlumatına görə, emblemin əyilmiş xətləri özündə qum təpələrini simvolizə edir. Fasiləsiz dövrə vurma "8-lik" formasında işlənilib ki, bu da çempionatın oyunlarını qəbul edəcək 8 stadionu, habelə, sonsuzluq simvolunu göstərir.
Loqotipin mərkəzi elementi olan ilgək yalnız trofeyin formasını təkrarlamır. O həm də körfəz xalqlarının ənənəvi baş örtüyü sayılan çalmanı göstərir. Emblemi müşayiət edən şrift isə ənənəvi ərəb kalliqrafiyasına əsaslanır.
Qeyd edək ki, həmin Çempionatın final qarşılaşması 18 dekabr 2022-ci ildə 80 min tamaşaçı tutumu olan Lusaildəki Milli Stadionda keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB