"Roma"nın baş məşqçisi istefa verdi

"Roma"nın baş məşqçisi istefa verdi

İtaliyanın "Roma" klubunun baş məşqçisi Klaudio Ranyeri istefa verib. SİA-nın məlumatına görə, Ranyeri A seriyasının 26-cı turunda "Cenoa"ya 3:4 hesablı məğlubiyyətdən sonra postundan ayrılıb. Bu oyunda "Roma" 3:0 hesabı ilə öndə olsa da, ikinci yarıda 4 qol buraxıb.

Yeni baş məşqçi klub rəhbərliyinin fevralın 21-də keçiriləcək toplantısında müəyyənləşəcək. Əsas namizəd qismində "Roma"nın gənclərdən ibarət komandasının baş məşqçisi Vintsento Montellanın adı çəkilir.

Bütün xəbərlər Facebook səhifəmizdə