Atletlərimiz Balkan çempionatında yarışırlar

Atletlərimiz Balkan çempionatında yarışırlar

Azərbaycan atletləri Bolqarıstanın Pravets şəhərində keçirilən Balkan çempionatında iştirak edirlər.

SİA-nın məlumatına görə, yarışda ölkəmizi qaçış növlərində Zəkiyyə Həsənova (100 m, 200 m), Rahib Məmmədov (110 m), uzunluğa tullanma növündə isə Yadulla İbrahimov təmsil edirlər.

Qeyd edək ki, çempionatda 20 ölkədən idmançılar dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə