Braziliya klubu Skolarini istefaya göndərdi

Braziliya klubu Skolarini istefaya göndərdi

Braziliyanın "Palmeyras" klubu baş məqşçisi Luis Felipe Skolarini istefaya göndərib. Braziliya klubunun rəsmi saytında yer alan məlumata görə, komanda ardıcıl 7 oyunda qalib gələ bilmədiyi üçün rəhbərlik 70 yaşlı mütəxəssislə yolları ayırmağa qərar verib. Qeyd edək ki, "Palmeyras" Braziliya millisinin sabiq baş məşqçisinin rəhbərliyi altında ötən mövsüm ölkə çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə