Deyəsən Karlos Ancelottinin "Çelsi"nin sükanı arxasından qovulacağı günü çox da gözləmək lazım gəlməyəcək. Siasport.az saytı xəbər verir ki, artıq ard-arda xal itkiləri və komandanın liderlər qrupundan aralı düşməsi onsuz da səbr kasası daşan Roman Abromoviçin əsəblərini daha da gərildib.
Bir müddət bundan əvvəl hazırda Türkiyə yığmasının baş məşqçisi postunda çalışan hollandiyalı futbol mütəxəsissi Quss Hiddinqin "zadəganlar"ın sükanı arxasına gətiriləcəyi barədə informasiyalar dünya mediyasında əsas müzakirə mövzusu idi. İngilis mətbuatı isə artıq R.Abromoviçin italyan mütəxəssisi istefaya yollamaq qərarında qəti olduğunu yazır. "The Teleqraf" qəzeti isə prosesi daha da konkretləşdirərək yazır ki, rusiyalı milyarder mövsümün sonunu gözləmədən bu addımı atmağa hazırlaşır.
Qəzet iddia edir ki, hətta o K.Ancelottinin özünə də bu barədə xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB