Kriştiano Ronaldo ölkəsinin ən yaxşı futbolçusu seçilib FOTOLAR

Kriştiano Ronaldo ölkəsinin ən yaxşı futbolçusu seçilib FOTOLAR

Portuqaliya Futbol Federasiyası, Milli Futbol Məşqçilər Assosiasiyası və Peşəkar Futbol Oyunçular İttifaqı tərəfindən təşkil edilən "Quinas de Ouro 2019" dördüncü Qalası keçirilib. Ən yaxşı milli kişi və qadın futbolu, futzal və çimərlik futbolu idmançılarını mükafatlandıran "Quinas de Ouro"da məşhur futbolçu Kriştiano Ronaldo da mükafatlandırılıb. İtaliyanın “Yuventus” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo ardıcıl 10-cu dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilib.

SİA-nın məlumatına görə, Ronaldo bu mübarizədə İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Bernardo Silva və ötən mövsüm “Benfika”da (Portuqaliya) çıxış etmiş, təzəlikcə İspaniyanın “Atletiko Madrid” komandasına transfer olunmuş Joau Feliksi qabaqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə