AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev "Boulevard Hotel"də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. SİA-nın xəbərinə görə, R.Əliyev milli komandaya Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Millinin baş məşqçisi Milan Obradoviç komanda adından çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.
AFFA-nın Texniki direktoru Bernhard Lippert görüşdə iştirak edib.
Xatırladaq ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya, 4 gün sonra isə Gürcüstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB