AFFA-nın İntizam Komitəsinin qərarları açıqlanıb. SİA-nın məlumatına görə, 31 avqust 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın III turunun “Zirə” – “Sabah” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39). 1 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın III turunun “Neftçi” – “Sumqayıt” matçının 82-ci dəqiqəsində “Sumqayıt” klubunun 17 №-li futbolçusu Murad Xaçayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).
Oyunun 90+4-cü dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 37.2).
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə 20 oyun cəzalanır, klub 16000 manat cərimə olunur (maddə 37.8), (maddə 37.10), (maddə 17.8).
“Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında Ayxan Abbasov haqqında çıxarılmış ciddi xəbardarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra “Neftçi” klubuna aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydana daxil olduğu üçün klub 800 manat cərimə olunur (maddə 49.6).
28 avqust 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I Divizionun II turunun “Sumqayıt-2” – “Neftçi-2” matçında əvəzetmə zamanı “Sumqayıt-2” klubunun protokolda adı olmayan futbolçusu meydana çıxdığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 400 manat cərimə olunur (maddə 50.2).
28 avqust 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I Divizionun II turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
Oyunun 86-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 7 №-li futbolçusu Aqşin Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
29 avqust 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun II turunun “Ağsu” – “Səbail-2” matçında “Ağsu” və “Səbail-2” klublarının 6 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur (maddə 39).
“Səbail-2” klubunun nümayəndəsinin oyun öncəsi iclasda iştirak etməməsinə görə klub 80 manat cərimə olunur (maddə 62.1).
30 avqust 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun II turunun “Qarabağ-2” – “Zaqatala” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
Oyunun 59-cu dəqiqəsində “Qarabağ-2” klubunun 83 №-li futbolçusu Nihad Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).“Qarabağ-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 54).
“Qarabağ-2” klubu AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişləri yerinə yetirmədiyinə görə (meydançanın ətrafında kənar şəxslər olub) klub 80 manat cərimə olunur (maddə 62.3).
“Qarabağ-2” klubu PFL-in əsasnaməsinin 9-cu maddəsində qeyd olunan şərtləri yerinə yetirmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 60).
Oyunöncəsi iclasda polis nümayəndəsi gecikdiyinə görə meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB