MOK-un nümayəndə heyəti Qırğızıstanda beynəlxalq forumda iştirak edir
Sentyabrın 1-də Qırğızıstanın Çolpon-Ata şəhərində MDB, Baltikyanı ölkələrin və Gürcüstanın Milli Olimpiya komitələrinin forumu öz işinə başlayıb.
Foruma adıçəkilən Milli Olimpiya komitələrinin prezidentləri, vitse-prezidentləri və digər üzvləri qatılıblar. Azərbaycanı tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Baş katibinin müavini Azər Əliyev təmsil edirlər.
SİA Azərbaycan Milli Olimpiya Komitəsinə istinadən bildirir ki, 12 ölkənin Milli Olimpiya komitələrinin 50-yə yaxın nümayəndə heyəti sentyabrın 4-dək birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazaları və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Forum Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Həmrəyliyi” proqramı çərçivəsində keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB