"Real"ın qapıçısı Keylor Navasın PSJ-yə keçidi rəsmiləşib. Klubun rəmsi saytında yer alan xəbərə görə, 32 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Fransa mətbuatı bu transfer üçün Paris təmsilçisinin 15 milyon avro təzminat ödəyəcəyini yazıb. PSJ qapıçısı Alfons Areolanı isə Madrid klubuna bir mövsümlük icarəyə göndərdiyini açıqlayıb. Qeyd edək ki, K.Navas 2014-cü ildən "Real"da oynayırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB