"Qarabağ" İngiltərədən qapıçı transfer etdi

"Qarabağ" İngiltərədən qapıçı transfer etdi

"Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Ağdam klubunun rəsmi "Facebook" səhifəsində yer alan məlumatda deyilir ki, Ağdam təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə qatıb. 32 yaşlı qolkiperlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Bosniya və Herseqovina mətbuatı Beqoviçin icarə əsasında 6 ay "Qarabağ"ın formasını geyinəcəyini yazıb.

Qeyd edək ki, Asmir Beqoviç karyerası ərzində İngiltərənin "Çelsi" və "Stok siti" klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə