Simon Kyaer "Atalanta"da

"Qarabağ"la UEFA Avropa Liqasında eyni qrupda yer alan "Sevilya" futbolçusu Simon Kyaeri "Atalanta"ya icarəyə verib. İtaliya klubunun rəsmi saytında yer alan xəbərə görə, danimarkalı müdafiəçi 2019/2020 mövsümünü icarə əsasında A seriyası təmsilçisində keçirəcək. Qeyd edək ki, S.Kyaer ötən mövsüm La Liqada 26 matçda oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə