Avro-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığması daha bir itki ilə üzləşib. Xorvatiya Futbol Federasiyasının rəsmi saytında yer alan məlumatda deyilir ki, Matteo Kovaçiç heyətdən kənarlaşdırılıb. "Çelsi"nin yarımmüdafiəçisi zədəli olduğu üçün Slovakiya və millimizlə oyunları buraxacaq. Kovaçiçin əvəzinə "Hayduk"un yarımmüdafiəçisi Miyo Caktaşa dəvət göndərilib.
Xorvatiya sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisinin qonağı olacaq. Xatırladaq ki, "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç də heyətdən kənarlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB