Belçikanın Spa-Frankorşam avtodromunda Formula 2 mərhələsi üzrə ilk yürüş keçirilməli idi. Lakin artıq ikinci dairədə - “Qırmızı su” döngəsinin çıxışında pilotlar Antuan Yuber, Xuan Manuel Korrea və Marino Satonun iştirakı ilə ciddi qəza baş verib.
SİA-nın məlumatına görə, Sato qəza yerini sərbəst şəkildə tərk edə bilib, ancaq Yuber və Korreanın səhhəti barədə heç bir məlumat verilməyib. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Amma həkimlərin səylərinə rəğmən sentyabrın 1-də, Belçika vaxtı ilə saat 18:35-də Yuber vəfat edib. Beynəlxalq Avtomobil Federasiyasının mətbuat xidməti bununla bağlı məlumat yayıb.
Həlak olan pilotun sentyabrın 22-də 23 yaşı tamam olacaqdı.
Xuan Manuel Korrea isə xəstəxanadadır. Onun vəziyyəti sabitdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB