"Qarabağ" İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"un qapıçısı Asmir Beqoviçi icarəyə götürüb. SİA-nın məlumatına görə, 32 yaşlı qapıçı Ağdam klubuna satın alma şərti ilə icarəyə verib. Futbolçunun icarə qiyməti 750 min avronu aşmayıb. Satın alma şərtinin qiyməti isə 4-5 milyon avro civarındadır. Müqavilə müddətinin altı ay olacağı gözlənilir.
Təcrübəli qapıçı hazırda Bosniya və Herseqovinadadır. Beqoviç ölksəində öz adına qapıçı akademiyasının açılışını edib. Onun bu günün sonuna qədər Bakıya gələcəyi ehtimal edilir.
Qeyd edək ki, bundan əvvəl “Qarabağ” Bosniya millisinin başqa qapıçısı İbrahim Şehiçi almaq istəyib. Məşqçilər heyəti hesab edib ki, Şehiçin komandaya uyğunlaşması çox zaman aparmayacaq. Futbolçu özü də yenidən Azərbaycanda oynamağa razılıq verib. Lakin onun hazırkı klubu “Ərzurumspor” (Türkiyə) yüksək təzminat tələb etdiyindən “Qarabağ” son anda ondan imtina edərək Asmir Beqoviçi almaq qərarı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB