Türkiyə Super Liqasında III tura yekun vurulub

Türkiyə Super Liqasında III tura yekun vurulub

Türkiyə Super Liqasında III tur başa çatıb.

SİA-nın məlumatına görə, turun sonuncu günündə 4 oyun baş tutub.

"Başakşəhər" səfərdə "Gənclərbirliyi" üzərində əzmkar qələbə qazanıb. "Alanyaspor" isə "Yeni Malatyaspor"un meydanından qalib ayrılıb. "Fənərbaxça" "Trabzonspor"la görüşdə bir xalla kifayətlənib – 1:1. Eyni nəticə "Qaziantep"lə "Sivasspor"un qarşılaşmasında da qeydə alınıb.

Türkiyə Super Liqası

III tur

1 sentyabr

"Gənclərbirliyi" – "Başakşəhər" – 1:2

Sio, 36 – Demba Ba, 83 (pen.), Viska, 90

"Sivasspor" – "Qaziantep" – 1:1

Kone, 72 – Tvumasi, 35

"Yeni Malatyaspor" – "Alanyaspor" – 2:3

Bifuma, 47, Yahoviç, 57 - Gülselam, 20, Fernandes, 22, Sisse, 44

"Fənərbaxça" – "Trabzonspor" – 1:1

Rodriges, 17 – Ekuban, 28

Bütün xəbərlər Facebook səhifəmizdə