Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub. SİA xəbər verir ki, ikinci oyun günündə iki görüş keçiriib. Mövsümə yaxşı başlamayan "Neftçi" öz meydanında "Sumqayıt"ı sınağa çəkib. Görüşdə hesabı qonaqlar açsa da, "ağ-qaralar" iki qol vuraraq mövsümdə ilk qələbəsini qazanıb - 2:1. "Səbail" – "Qarabağ" - 0:4 Qol: Dani Kintana, 2, İsmayıl İbrahimli, 29, 59, Mahir Emreli, 62 Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Cavanşir Yusifov, Rəhim Həsənov Turun son matçında isə ölkəmizi Avroliqanın qrup mərhələsində təmsil edən "Qarabağ" "Səbail"in qonağı olub. Ağdam klubu rəqibinə 4 cavabsız qolla qalib gəlməklə vahid lider olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB