Neftçi" "Sumqayıt"ı çətinliklə məğlub etdi

Neftçi" "Sumqayıt"ı çətinliklə məğlub etdi
Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulacaq. SİA-nın məlumatına görə, ikinci oyun günündə mövsümə yaxşı başlamayan "Neftçi" öz meydanında "Sumqayıt"ı sınağa çəkib. Görüşdə hesabı qonaqlar açsa da "ağ-qaralar" çətinliklə azlıqda qalan rəqibinə iki qol vuraraq mövsümdə ilk qələbəsini qazanıb - 2:1. Neftçi" – "Sumqayıt" - 2:1 Qol: Mehdi Şərifi, 33 (0:1), Emin Mahmudov, 64 (1:1), Stiven Monroz, 90+5 (2:1) Qırmızı vərəqələr: Murad Xaçayev, 82 - iki sarı vərəqə ("Sumqayıt"), Anton Krivotsyuk, 90+5 -iki sarı vərəqə ("Neftçi"), Vurğun Hüseynov, 90+5 - birbaşa qırmızı vərəqə ("Sumqayıt") Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elçin Məsiyev

Bütün xəbərlər Facebook səhifəmizdə